PKK Kürd konfransına dəvət edilib

Ərbildə kürd konfransı
İslam-Azerinin H3-ə istinadlı xəbərinə görə, İraq regional Kürd Rəhbərliyi, terror təşkilatı PKK-nı Ərbildə ediləcək olan Kürd konfransına dəvət edib.
Açıqlama PKK sözcüsü Cabbar Əl-Yavər tərəfindən verilib.
Ərəbcə nəşr olunan Əl-Həyat qəzetin mühasibə verən Yavər, konfransda, Kürd problemi, Kərkükün gələcəyi və Kürd partiyaları arasındakı koordinasiyanın mübahisə və müzakirə ediləcəyini deyib.

Ərbildəki konfransa İraq, İran, Suriya və Türkiyədən nümayəndələrinin olması gözlənilir. Regional Kürd rəhbərliyinin dəvət etdiyi terror təşkilatı PKK-nın münasibəti hələ bilinmir.

В этом разделе