Pentaqon həbsxanalardakı işgəncələrin fotolarını yayacaq

Barak Obama isə keçmiş Ağ Ev administrasiyası dövründə Əfqanıstan və İraq həbsxanalarında baş verənlərin fotolarının açıqlanmasına qarşıdır

ABŞ Müdafiə Nazirliyi Əfqanıstan və İraq həbsxanalarındakı işgəncələri əks etdirən yüzlərlə fotoşəkil yaymağı planlaşdırır. ANS PRESS, CNN telekanalına istinadən xəbər verir ki, Pentaqon bununla ABŞ Vətəndaş Azadlıqları Şurasının sorğusunu reallaşdırmaq niyyətindədir. Şura nümayəndələrinin sözlərinə görə, Pentaqon mayın 28-nədək çoxsaylı şəkil dərc etməyə razılaşıb. 
Pentaqon rəsmiləri isə bəyan ediblər ki, həmin fotoşəkillər 2001-ci ildən 2006-cı ilədək qaldırılmış 60-dan artıq cinayət işində istifadə olunub. 
Bu arada isə ABŞ prezidenti Barak Obama Əfqanıstan və İraq həbsxanalarındakı işgəncələri əks etdirən fotoşəkillərin yayılmasına qarşı çıxıb. /ANS PRESS/


В этом разделе