"Parlamentə hicabla gəldiyimə peşman deyiləm"

Merve Kavakçı

"1999-cu ildə Parlamentə hicabla daxil olduğum üçün qətiyyən peşman deyiləm".

İslam-Azeri.az İnternet qəzetinin "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, bunu canlı yayımda Türkiyənin ilk hicablı millət vəkili Mərvə Kavakçı deyib.


Çıxışı zamanı o qeyd edib ki, Türkiyə qadınlarının 69 faizi hicablı xanımlardı. Bu isə xalqın tarixinin, mədəniyyətinin, ən əsası isə dininin bir hissəsidir.


Canlı efir zamanı aparıcı Kabakçıya "AKP-dən təklif gəlsə bunu müsbət dəyərləndirərsinizmi, yenidən siyasətə qayıdarsınızmı?" sualını ünvanlayıb.


Kavakçının cavabı belə olub: "AKP-dən mənə heç bir təklif gəlməyib. Amma belə bir şey baş tutsa, ailə daxilində məsləhətləşmələrdən sonra yekun qərar verə bilərik".


Xatırladaq ki, 1999-cu ildə Mərvə Kavakçı hicabla Türkiyə Böyük Millət Məclisinin keçirildiyi salona daxil olarkən, böyük bir təzyiqə məruz qalmışdı. Nəticədə hətta parlamentin iclasında fasilə elan edilmişdi.

В этом разделе