Papanın qırıq barmağına müdaxilə


Valle D'Aosta'daki yazlıq villasında yıxılaraq sağ əl biləyini qıran Papa 16. Benediktusa əməliyyatla müdaxilə edildiyi və Papanın sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlandı.
   








Parini Xəstəxanası Ortopedi Hissəsinin Başçısı Prof. Amedeo Emmanuel Mancini, qırığın lokal anesteziyle əməliyyat edildiyini bildirərək, "Yüzdə yüz müvəffəqiyyətli bir əməliyyat etdik. Papanın sağlamlıq vəziyyəti yaxşı" dedi.

Mancini, Papanın bilək və əlində hər hansı bir problem olmayacağını da ifadə edərək, "Papa sağ əlini mükəmməl bir şəkildə istifadə edə biləcək. Piano da çala biləcək, yazı da yaza biləcək" deyə danışdı.

Xəstəxana səlahiyyətliləri, Roma Katolik Kilsəsinin lideri Papa 16. Benediktusun, bir neçə saat müşahidə altında tutulmasının ardından axşam saatlarında xəstəxanadan buraxılacağını bildirib.


Xəstəxanadan buraxıldıqdan sonra Valle D'Aosta'daki yazlıq iqamətgahında istirahət etməyə davam edəcək olan Papa 16. Benediktusa siyasətçilər, yerli idarəçilər və kilsə səlahiyyətlilərindən keçmiş olsun mesajı aldığı öyrənildi.

В этом разделе