Papa sülh üçün duasında nə dedi?

Roma Papası Suriyada sülhün bərqərar olunmasına dua oxuyub

Roma Papası XVI Benedikt Milad bayramı münasibətilə ənənəvi müraciətində dindarları Suriyada qanlı hadisələrin başa çatması üçün dua etməyə çağırıb.
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Roma Papasının çıxışı dünya boyu 65 dildə yayımlanıb.

Papa Suriyada qan tökülməsinin dayanması, İraq və Əfqanıstanda vəziyyətin sabitləşməsinə, İsrail-Fələstin sülh danışıqlarının bərpa edilməsi üçün, Afrika ölkələrində aclıqdan əziyyət çəkənlərə dua oxuyub.
Roma Papası Milad bayramının qeyd olunmasıı gəlir mənbəyinə çevirməkdən ehtiyatlanmağa çağırıb.

Səhhətinin görə çıxış zamanı hərəkət etmək üçün 84 yaşlı Roma katolik kilsəsinin başçısı hərəkət edən platformadan istifadə edib.
Bu arada Milad bayramın qeyd olunması məqsədilə minlərlə turist İsa Peyğəmbərin doğulduğu Betlehem şəhərinə toplaşıb.
Bu şəhər İordan çayının qərb sahilində, Fələstin muxtar ərazilərində yerləşir.

В этом разделе