Pakistanlı terrorçu Faysal Şahzad günahını etiraf edib

Faysal Şahzad

Faysal Şahzad pulları «Təhrik-i-taliban Pakistan» qruplaşmasından alırmış.

APA-nın xəbərinə əsasən Nyu-Yorkda Tayms-skveri partlatmağa cəhd etməkdə günahlandırılan Pakistan mənşəli amerikalı Faysal Şahzad bütün müddəalar üzrə öz günahını etiraf edib.

Şahzadı həm də kütləvi qırğın silahından istifadə edərək partlatmağa cəhd etməkdə ittiham edirlər.

Faysal Şahzad pulları «Təhrik-i-taliban Pakistan» qruplaşmasından alırmış. Həmin pullara Şahzad avtomobil, həmçinin əldəqayırma partlayıcı qurğu üçün komponentlər alıb. Mayın 1-də o maşını Tayms-skverin yaxınlığında saxlayıb, lakin xoşbəxtlikdən partlayış baş verməyib.

В этом разделе