Pakistanın Pişavar şəhərində partlayış baş verib

Hadisə nəticəsində ölən və yaralananlar var
Bu gün Pakistanın şimal-qərbində yerləşən Pişavar şəhərində içinə bomba qoylmuş avtomobil partladılıb. ANS PRESS-in Röyters agentliyinə istinadən yaydığı xəbərə görə, hadisə kinoteatr yaxınlığında baş verib.

Yerli KİV-lərin məlumatına görə, hadisə zamanı ən azı altı nəfər həlak olub. Yaralıların sayına gəldikdə isə Frans-Press agentliyi partlayış zamanı 30 nəfərin yaralandığını bildirir.

Partlayışın «Taliban» hərəkatının üzvləri tərəfindən törədildiyi istisna olunmur.
ANSPRESS

В этом разделе