Pakistandakı etnik qarşıdurmalarda azı 20 nəfər ölüb

Pakistanın cənubundakı Karaçi şəhərində baş vermiş etnik qarşıdurmalarda azı 20 nəfər ölüb.

 ANS PRESS, «Reuters» agentliyinə istinadən xəbər verir ki, şəhərin bəzi rayonlarında avtomobillər yandırılıb. 
Qarşıdurmalar silahlı şəxsin atəş açmasından sonra başlayıb. Karaçi əhalisinin böyük əksəriyyəti urdu dilində danışır. Şəhərdə puştu əhalisinin də sayı artır. Yerli hökumətin məlumatına görə, qarşıdurmalar iki etnik qrup arasında baş verib. Pakistan prezidenti Asif Əli Zərdari zorakılıq aktlarını pisləyib və əhalini həmrəyliyə çağırıb. Prezident bəyan edib ki, təhlükəsizlik qüvvələrinin «Taliban» döyüşçüləri ilə mübarizə apardığı bir vaxtda Kaarçidəki zorakılıq aktları yolverilməzdir. 


ANSPRESS


В этом разделе