Pakistanda yemək uğrunda amansız mübarizə

700 mindən çox sel qurbanı müxtəlif xəstəlikdən əziyyət çəkir.

Pakistanda baş vermiş sel fəlakətindən sonra ölkədə yaşayış çox çətinləşib. Neçə gündür yemək və içməli su gözləyən sel qurbanlarının səbr kasası daşıb. Yardımlar paylanan zaman insanlar arasında gərginlik yaranır, hətta dava düşür.

Çətin yaşayış şəraitində olan və günlərdir yemək gözləyən əhalini hətta əsgərlər belə yardım almaq üçün növbəyə düzə bilməyiblər. Aclığa dözməyən sel qurbanları əllərindəki qablarla bir-birlərinə hücum ediblər.

"ANS PRESS" "CNN Türk"ə istinadən yazır ki, qida az olduğu üçün ac insanların arasında çox ciddi gərginlik yaşanıb. Min bir əzabla yardım paketlərinə sahib çıxan ac insanların yerdən qarğıdalı artıqlarını toplaması müşahidə edilib.

Bu arada bəlli olub ki, Pakistan ordusu yardımın ədalətli bölünməsində kifayət qədər həssasdır. Hərbçilər Taliban kimi radikal qrupların oğurluq yardımların ac insanlara paylamasının qarşısını alır. Çünki bu yolla o qruplar xalqı nüfuz və təzyiq altında saxlaya bilərlər.

Sel bölgəsində xəstəliklər də artıb. BMT 700 min adamın dəri və tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkdiyi barədə məlumat verib. Ölkədə vəba epidemiyasının artması barədə də xəbərdarlıqlar edilir.

Ərazisinin 2/3-si sel altında qalan Pakistan üçün dünən daha bir xoşagəlməz xəbər gəlib. Meteoroloqlar bildirib ki, ölkənin cənubunda da sel olacaq. Bu isə o deməkdir ki, daha 600 mindən artıq adamın həyatı təhlükə altındadır.

В этом разделе