Pakistanda "Taliban"a zərbə

Pakistanda hökumət qüvvələri ilə "Taliban" yaraqlıları arasında toqquşma baş verib.

İslam-Azeri.az İnternet qəzetinin Reyters-ə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin şimal-qərbində yerləşən Orakzay əyalətində meydana gəlib.

Toqquşma nəticəsində 40-dan artıq yaraqlı öldürülüb. Hərbi komandanlığın verdiyi açıqlamaya əsasən, əməliyyatlarda vertolyotlardan da istifadə edilib.

Bölgədə media işçilərinin fəaliyyətinə icazə verilmir. Bu baxımdan da rəsmi məlumatları yoxlamaq qeyri-mümkündür.



İslam-Azeri.az

В этом разделе