Pakistanda qızğın döyüşlər gedir

Pakistanın şimal-qərbindəki Orakzai tayfalar bölgəsində hökumət qüvvələri ilə Taliban arasında gecə saatlarında başlayan döyüşlər davam etməkdədir.

Pakistan ordusunun bölgədəki mərkəzindən verilən xəbərdə, Orakzainin Şangra nahiyəsində axtarış aparan əsgərlərə terroristlər tərəfindən atəş açılması ilə başlayan qarşıdurmada 8 Taliban yaraqlısının öldürüldüyü, bir əsgərin də həyatını itirdiyi bildirilib.
Verilən məlumatda 3 Talibançının həbs olunduğu, terroristlərə aid sığınacaq və mağaralarda çox sayda silah və sursat ələ keçirildiyi, döyüşlərin hələ də davam etdiyi qeyd edilib.
Qeyd dək ki, Pakistan ordusu Orakzaidəki əməliyyatlarına keçən ayın ortalarında başlamışdı.
İslam-Azeri.az

В этом разделе