Pakistanda qarşıdurmalar davam edir

Pakistanın şimal-qərbində Pişavər hökumət qüvvələri ilə "Taliban" yaraqlıları arasında qarşıdurma meydana gəlib.

İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, hərbiçilərlə yaraqlılar arasında yaranan insidentdə 31 nəfər həlak olub.

Ölənlərdən 25-i "Taliban" yaraqlısı, 6-sı isə Pakistan ordusunun əsgəridir.

Qarşıdurmanın, yaraqlıların polis bölməsinə hücum etməsindən sonra yarandığı bildirilib.

В этом разделе