TimeTurk xəbər verir ki, Hökumətdən edilən şərhdə, küçəyə çıxma qadağanının bu gün 7 saat müddətlə qaldırıldığı qeyd edildi.
Şərhdə, xalqdan bu müddəti bölgədən qaçmaq üçün istifadə etmələri istəndi.
Hökumət ayrıca, Şimal Qərb Sərhəd Bölgəsinin paytaxtı Peşaverdə mühacir düşərgələrinin qurulacağını bildirdi.
Ordu spikerliyindən dünən edilən şərhdə, ölkənin şimal-qərbindəki Svat Vadisində təşkil edilən əməliyyatda 55 Taliban xadimin öldürüldüyü bildirilmişdi. Spikerlik əvvəlki günkü şərhində də son 24 saatda Svat vadisində 140 xadimin öldürüldüyünü qeyd etmişdi.
313NEWS.NET