Pakistanda "Hüseyniyədə" baş verən partlayış zamanı 41 şəhid və 200 yaralı

Pakistanın Pəncab əyalətində yerləşən məscidə girən kamikadze bombanı partladaraq 40-dan çox Əhli-beyt (ə) davamçısının şəhid olmasına və 150 nəfərin yaralanmasına səbəb oldu.

ABNA xəbər verir ki, yüksək rütbəli polis məmurlarından biri olan Nadim Həsən Asəf bildirir: "Bu gün baş verən hücum Cakval şəhərində yerləşən məscidin və Hüseyniyənin dini mərasim keçirilən girişində baş verdi. Şahidlərin dediklərinə görə o kəs ki, özünə bomba bağlamışdı məscidə daxil olaraq, özünü partlatdı." Polislərin verdiyi məlumata əsasən bu partlayışdan sonra yaralıların vəziyyətinin ağır olması bu hücum nəticəsində ölənlərin sayının artmasına gətirib çıxara bilər.

Xəbər agentliyinin verdiyi məlumata görə bu dini mərasimdə 1500 nəfərə qədər müsəlman iştirak edirdi. Pakistanın təhlükəsizlik qüvvələri bəyan etmişlər ki, kamikadzelərə qarşı heç bir iş görə bilmirlər.("Dəyərlər" AİN)

В этом разделе