Pakistan ordusunun talibanlara qarşı əməliyyatları davam edir

Ötən gün 23 talibanlı öldürülüb, 14 nəfər isə tutulub
Pakistan ordusu talibanların şəriət qaydaları ilə idarə etdikləri Svat bölgəsində keçirdikləri əməliyyatları davam edir. Hökumət qüvvələri bölgənin mərkəzi şəhərlərindən olan Mingorada əməliyyatları hər küçədə həyata keçirirlər.
Rəsmi açıqlamalara görə, ötən gün baş vermiş qarşıdurmalarda 23 talibanlı öldürülüb, 14 nəfər isə tutulub.
Pakistanın ordu sözcüsü insan təlafatının qarşısını almaq üçün əllərindən gələni etdiklərini bildirib.
Qeyd edək ki, əməliyyatlardan öncə 375 min sakini olan vilayətdən on minlərlə insan qaçıb.
Pakistan ordusu bölgədə hələ də 500-2 min arasında döyüşçü olduğunu bildirib. /ANS PRESS/

В этом разделе