Pakistan Hindistanın 5 milyon dollarlıq ərzaq yardımını qəbul edib

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi yardımı münasibətlərdəki gərginliyi aradan qaldırmaq istəyən tərəflər arasında müsbət addım kimi qiymətləndirib.

Bu barədə APA voanews.com-a istinadən məlumat verir. ABŞ Pakistanı Hindistanın yardımını rədd etməməyə və daşqınlara məruz qalan 20 milyon insana yardım yolunda düşmənçiliyin dayanmasına yol verməməyə çağırmışdı. Dünən BMT-nin Baş Assambleyasında Pakistanla bağlı xüsusi yığıncaq keçirilib. Ötən həftə Pakistana səfər edən BMT-nin baş katibi Pan Gi Mun yığıncaqda vəziyyətlə bağlı çıxış edib və dünya ictimaiyyətini fəlakətə məruz qalanlara yardımlarını artırmağa çağırıb.

В этом разделе