Özbəklər Oşdan qaçırlar

Qırğızıstanın Oş vilayətində vəziyyət getdikcə pisləşir.

İslam-Azeri.az İnternet qəzetinin 24.kg saytına istinadən verdiyi xəbərə görə, artıq vilayətin özbək əhalisi kütləvi surətdə Özbəkistan sərhəddinə tərəf hərəkət edir. Bunlar əsasən qadınlar və uşaqlardır.

Eyni zamanda Qırğızıstanın müxtəlif bölgələrindən qırğızlar Oş vilayətinin inzibati mərkəzinə toplaşırlar. Şəhərdə çoxsaylı yanğınlar davam edir.

Bu arada isə Qırğızıstanın müvəqqəti hökuməti keçmiş hərbçilərə müraciət edərək, ölkənin cənubunda vəziyyəti normallaşdırmaq üçün yardım istəyib. Artıq bu gün Bişkekdən 300 könüllü Oşa yola düşəcək.

Son məlumatlara əsasən, Oşda baş verən toqquşmalar nəticəsində artıq 49 nəfər həlak olub.

В этом разделе