OPEK ölkələri razılığa gələ bilmədilər

OPEK-ə üzv olan ölkələrin nümayəndələri neft hasilatında kvota dərəcələrinin qaldırılmasına nail ola bilməyiblər

SalamNews EuroNews-a istinadən xəbər verir ki, Vyanada baş tutan konfransda Səudiyyə Ərəbistanı istehsalı artırmağı tələb edib. Onlar hesab edirlər ki, neftin indiki qiyməti dünya iqtisadiyyatının artımına təzyiq göstərir. Bu isə öz növbəsində neftin idxalçıları ilə yanaşı, ixracatçılarına da təsir göstərir. İran, Venesuela və Nigeriya buna qarşı çıxınlar və üstünlük qazanıblar.

Qeyd edək ki, OPEK in kvotası 2009-cu ildən bu yana dəyişilməyib. Kvotaya əsasən, təşkilat üzvləri formal olaraq gündəlik 24.8 milyon barel qara qızıl hasil etməlidir. Lakin heç də bütün ölkələr buna əməl etmir. Beynəlxalq enerji agentliyinin qiymətləndirməsinə görə, həqiqətdə neft hasilatı 1.5 milyon barel çox həyata keçirilir. OPEKL-ə üzv olmayan İraqla birlikdə bu təşkilat dünya bazarına günə 29 milyon barel çıxarmaqla dünyanın yanacağa olan tələbatının 40 faizini ödəyir. Lakin bunlar ilin əvvəlindən 100 dolların üzərində olan neftin bir barelinin qiymətini aşağı salmaq üçün kifayət etmir.

OPEK-in növbəti görüşünün dekabrın 14-də keçirilməsi planlaşdırılır. Lakin OPEK-in baş katibi Abdalla Əl Badri görüşün 3 aydan sonra olacağına ümid bəsləyir

В этом разделе