Qeyri-adi hadisə ABŞ-ın İndiana ştatında baş verib. Belə ki, yerli ofisi soymaq üçün içəri daxil olan şəxs bir anda peşman olaraq yerə çöküb və Allaha dua etməyə başlayıb.
Bu işə ehtiyacı olduğu üçün əl atdığını deyən həmin şəxs soyğun üçün gəldiyi ofisin işçisinin ona Allahdan danışdığını və bundan sonra peşman olduğunu bildirib. Təhlükəsizlik kameraları tərəfindən qeyd edilən, hətta ölkə telekanallarında və internet saytlarında rekord həddə baxılan videoçarxdakı hadisə Qriqori Smit adlı şəxsin başına gəlib. “Etdiyimdən çox peşmanam. Düzünü desəm çox çətin bir vəziyyətdə yaşayırıq. Başqa çarəm də yox idi”, - deyə Qriqori bildirib. Qriqorinin peşman olduğunu görən ofis içşisi olan qadın ona Allahdan danışaraq, onu bu cinayətdən çəkindirməyə çalışıb. Qadının söhbətindən təsirlənən Qriqori dizüztə çökərək bir müddət Allaha dua edib. Bundan sonra silahının darağını çıxardan Qriqori qadına heç bir zərər verməyəcəyini deyib. Ancaq o, qadından yanından uzaqlaşmasını və 20 dəqiqə ərzində polisə zəng etməməsini tələb edib. Binadan çıxarkən kameralar tərəfindən çəkildiyini görən oğru özünü polisə təslim edib.
“Əziz möminləri, dünyanın bütün xeyirsevər insanlarını Livanla bu çətin durumda həmrəy olmağa, bu fəlakətdən dolayı onların müsibətlərinin yüngülləşməsi...
Türkiyə höküməti bir-iki gün müddətinə ABŞ-dan müxalif islam təbliğatçısı, Ankara tərəfindən dövlət çevirilişi etməyə cəhd göstərmədə ittiham olunan Fətullah...
Son günlər milli saytlarımızda xəbər paylaşılır ki, guya İslandiya dövləti onların qadını ilə evlənən immiqrant kişilərə ayda 5000$ pul verməyə başlayıb...
Belçikanın Avropada vəhhabilik və terrorizm mərkəzinə çevrilməsinin bir çox səbəbləri var. Bu səbəblərin əksəriyyətinin əsası 1960-cı illərdən başlayaraq...
Hamilə qadınlara yoluxduğu təqdirdə övladlarının beyin inkişafını kəskin şəkildə ləngidən virus, Beynəlxalq Səhiyyə Təşkilatının qlobal təhlükə siqnalı...
313news.net saytı inter.az-a istinadən bildirir ki, İslam peyğəmbərinin qızı xanım Fatimeyi Zəhranın(ə) doğum günü ilə əlaqədər dünyanın müxtəlif universitetlərində...