Obamanın artıq iki müsəlman müşaviri var

Bir müddət əvvəl Ağ evə hicablı müşavir seçən Amerika prezidenti Barak Obama özünə ikinci müsəlman müşavir seçib. "TaymTürk" xəbər verir.

Xəbərə görə o, əslən misirli olan alim Əhməd Zevayildir.

Əhməd Zevayil jurnalistlərə açıqlamasında Obamanın Elm və texnologiya üzrə müşaviri seçildiyini bildirib. Qeyd edək ki, Əhməd bəy 1999-cu ildə kimya sahəsində Nobel mükafatına layiq görülüb. O da müşavir seçilməsinin səbəbini məhz bundan görür.

Ancaq Ağ öz növbəsində açıqlamasında qeyd edib ki, "Obamanın Əhməd bəyi müşavir seçməsindəki tək səbəb onun elm sahəsində nailiyyətləri deyil. O həm də Yaxın Şərqdə böyük nüfuza malik bir alimdir".
“Dəyərlər”


В этом разделе