Obama:Əfqanıstan İraqdan çətindir.

İraqdan silahlı qüvvələrini çəkən ABŞ-in yeni seçimi Əfqanıstandır

Amerikan dəniz donanmasında xidmət edən əsgərlər, əfqan milli ordusu ilə Vardak vilayətində Taliban qoşunları ilə döyüşür.

Hər tərəfdən güllələr uçur, əfqan ordusunun əsgərləri mina atanlarla hədəfə zərbələr endirirlər.

ABŞ əsgərləri ilə bir əmalyata qatılan jurnalistlər də Əfqanıstandakı müharibənin çətinliyini göstərən, bəlkə də ən dəhşətli görüntüləri çəkir.

ABŞ prezidenti Barak Obamaya görə Əfqanisdankı müharibə İraqdakı müharibədən daha çətindir. Rolling Stones jurnalına verdiği müsahibədə, bu fikirləri səsləndirən Obama, "Qəndəhər"-in Musul ya da Fəllucə kimi təhlükəsiz şəhərlərdən olmadığını vurğulayıb.

Əfqanısdandakı müharibə təbii olaraq ən çox Əfqanlara ziyan vurub. Hər gün baş verən atışma və partlayışlarda onlarla əfqan ölür. Bunlardan bəziləri taliban, bəziləri əfqan ordusunda xidmət edir, bəziləri isə dinc vətandaşlardır. Bu həqiqəti ifadə edən Əfqanıstan prezidenti göz yaşlarına hakim ola bilməyib.

Qərzai çıxışının davamında NATO-nu da tənqid edərək "NATO burada, terrorçuluqla mübarizə etdiyini bəyan edir. Ancaq 10 ildir bir nəticə yoxdur" deyib.

В этом разделе