Obama vədinə xilaf çıxır. Pakistan yenidən bombardıman altında

Amerika Hərbi-Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin Pakistanın şimal-qərbinə endirdiyi növbəti zərbələr nəticəsində ən azı səkkiz dinc sakin vəfat edib.

Yerli orqanların məlumatına görə, pilotsuz təyyarə Vaziristan əyalətində Sra-Kavra kənidndə yerləşən yaşayış evinə raket zərbələri endirib, - İslam.ru xəbər verir.

Xatırlatmaq lazımdır ki, bu günlərdə Barak Obama bildirmişdi ki, ABŞ, Pakistan hökuməti ilə məsləhətləşmədən bu ölkə ərazisində heç bir hərbi əməliyyat həyata keçirməyəcək. Amerika hərbi komandanlığı hələlik baş verən hadisəni şərh etməyib.

Pakistan Müdafiə Nazirliyi əmindir ki, bu əməliyyat amerikalılar tərəfindən həyata keçirilib. Belə ki, bu regionda hərbi pilotsuz təyyarələrdən yalnız Amerika hərbi qüvvələri istifadə edir. Ümumilikdə son bir neçə ayda amerikalılar Pakistan ərazisinə onlarla raket zərbələri endirib və nəticədə yüzlərlə dinc sakin həyatını itirib. "Dəyərlər" 


В этом разделе