İki müttəfiq ölkə İslam Respublikasına qarşı planlarından danışıblar
ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
APA-nın məlumatına görə, telefon söhbətində Orta Şərq və İranda baş verən hadisələr əsas müzakirə mövzusu olub.
İranla bağlı son vəziyyəti dəyərləndirən tərəflər İranın beynəlxalq öhdəlikləri yerinə yetirməsi üçün dünya ictimaiyyətinin səylərini davam etdirməsinin vacibliyini vurğulayıblar.