Obama maskasını çıxardır

İslam-Azeri.az internet qəzetinin Haber 5 telekanalına istinadlı xəbərinə görə ABŞ İsrailin İrana hücumuna maneə yaratmayacağını bildirib.

This Week adlı verilişə müsahibə verən ABŞ prezidentinin müavini Josef Bayden: "İsrailin İranın nüvə fəaliyyətlərini durdurması üçün atacağı addımların qarşısına çıxmayacağıq"-deyib.


Bayden həmçinin İsrailin öz höküməti üçün qərarı özü verdiyini bildirərək ABŞ-ın bu qərarlara müdaxilə etməyəcəyini bildirib.

ABC telekanalının This Week adlı verilişinin aparıcısı bu sualı üç dəfə verərək siz İsrailin İrana hücumuna maneə etməyəcəksiniz? -dedikdə- Obamanın müavini belə cavab verib: "İsrail özü müəyyənləşdirə bilər ki, nə onun maraqlarındadır və İranla, yaxud digərlərilə bağlı hansı qərara gələcək. Bizim razılığımızdan asılı olmayaraq, onlar özləri bunu müəyyən edə bilərlər. Hər suveren dövlət bunu edə bilər. Amma hər hansı dövlətdən təzyiq bizim necə hərəkət etməyimizə təsir göstərə bilməz. Bizim inandığımız siyasət Amerikanın milli maraqları daxilindədir, eləcə də İsrailin marağındadır" .


Nəzərinizə çatdıraq ki, ABŞ və İsrail İranın sülhməramlı nüvə yanacağı əldə etmək üçün fəaliyyətini dayandırmaq istəyir ki, İranda öz növbəsində bir addım geri atmayacağını və hər cür təhdidləri bitərəf etməyə hazır olduqlarını önə çəkir.


Lakin maraqlı məqam odur ki, ABŞ İsrailin nüvə silahına sahib olmasına bir məanlı olaraq göz yumur.


İslam-Azeri.az


В этом разделе