Obama İrana qarşı

ABŞ prezidenti Barak Obama İrana qarşı tezliklə yeni sanksiyaların tətbiqini vacib sayır.

Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, o, bu bəyanatı Vaşinqtonda səfərdə olan Fransa prezidenti Nikola Sarkozi ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib. «Mən İran rejiminə yeni sanksiyaların tətbiqi üçün aylarla BMT-ni gözləmək fikrində deyiləm! Mən bu sankisyaların yaxın həftələr ərzində tətbiqini görmək istəyirəm!», - deyə Obama bildirib.

Ağ Ev sahibi Vaşinqtonun beynəlxalq tərəfdaşları ilə bu istiqamətdə aktiv iş apardığını da söyləyib.

Milli.az

В этом разделе