Obama Buş administrasiyasını tənqid edib

Prezident Obama sərt dindirilmə tədbirlərini pislədiyini bir daha təkrar edib. ABŞ prezidenti Obama deyib ki, Amerika azadlıq və ədalət dəyərlərini yüksək tutmalıdır.

Onun fikrincə, bu nəinki düzgün yoldur, həm də bu, ölkəni möhkəmləndirir.

Vaşinqtonda çıxışı zamanı o, onun təbirincə desək, Buş administrasiyasının 2001-ci il hücumlarından sonra tələsik qəbul edilmiş qərarlarını tənqid edib.

Prezident Obama sərt dindirilmə tədbirlərini pislədiyini bir daha təkrar edib. O deyib ki, bu tədbirlər terroristlərə sıralarını genişləndirmək imkanını yaradır, Amerikanın düşmənlərinin istəklərinə rəğbəti artırır, eləcə də ələ keçirilmiş amerikalı əsgərlərlə pis rəftara şərait yaradır.

O deyib ki, Quantanamo hərbi bazasındakı düşərgə ABŞ-nın təhlükəsizliyini hədə altına alır. /BBC/

В этом разделе