ABŞ prezidenti Barak Obama gizli kanallarla İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərib
”New York Times” qəzetinin yazdığına görə, məktub ABŞ və Avropa  Birliyinin İran neftinin idxalına qadağa qoymaq niyyətinə cavab olaraq  Tehranın Hörmüz boğazını bağlayacağını bəyan etməsindən sonra göndərilib  (lent.az). 
Barak Obama məktubunda yazıb ki, Hörmüz boğazı ABŞ üçün  qırmızı cizgidir və İran donanması belə bir addım atmaqdan çəkinməlidir.  
”New York Times” İranın ali dini liderinin ABŞ prezidentinə cavab verib-vermədiyi barədə məlumat əldə edə bilmədiyini yazıb. 
Bu  arada Ayətullah Əli Xameneyi iki gün əvvəl İranın nüvə proqramında çalışan  atomçu-fizik Mustafa Əhmədi Ruşenin Tehranda öldürülməsinə görə İsrailin  MOSSAD və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məsuliyyət daşıdığını  bəyan edib.














