Nürəddin Şirin MOSSADın hədəfində

Sionistlər onunla görüşmək istəyib, həm də üstü örtülü təhdidlər edib.

İslam-Azeri.az inernet qəzetinin verdiyi məlumata görə, son zamanlar İsrail mediası, hətta İsrailin hərbi və kəşfiyyat araşdırma mərkəzləri, Türkiyənin tanınmış jurnalisti, “Velfecr” və “İsrahaber” saytlarının təsisçisi, Fələstin və İslami müqavimətə həsr edilən “KudusTV”-nin yaradıcısı və direktoru, Nürəddin Şirini hədəfə alan məqalələr dərc edir.
Bu yaxınlarda isə “Kanal10” İsrail telekanalının əməkdaşları Türkiyəyə gələrək, “Türkiyədə sionizmə qarşı kin və mübarizə” araşdırmasına başlayıblar.
Bu barədə Nürəddin Şirin son yazısında da qeyd edib.
Onun öz dili ilə desək, bu, əslində İsrailin MOSSAD cəsusluq şəbəkəsinin bir əməliyyatıdır.
Bu telekanalın müxbirləri hətta Nürəddin Şirinlə də görüşmək istədiklərini bildiriblər.
O isə öz növbəsində deyib: “Sionist rejimlə əlaqəli olan hər bir kəsi qanunsuz hesab edirik, onlar bizlərlə müharibə vəziyyətindədirlər”.
Rədd cavabı alan İsrail telekanalının Türkiyəyə gələn qrupunun başında duran Osrat Koter Türkiyədən verdiyi reportajın əvvəlini belə başlayıb:
“Nürəddin Şirin kütlələri necə yönləndirməyə müvəffəq olur? Bu gücü o hardan alır? Təşkilatların dəstəyini almadan 16 gün İsrail konsulluğunu necə mühasirədə saxlaya bildi?”
Düzdü, Nürəddin Şirin bu cümlələrə cavab olaraq bildirib ki, bu bir nəfərin işi yox, “Fələstin dostları” platformasının əməyidir.
Verilişdə İsrailin “Netanya” və Türkiyənin “Qalatasaray” basketbol komandaları arasında matçının təxirə salınması da Nürəddin Şirinlə əlaqələndirilir.
Həmçinin sual olunur: “Nürəddin Şirin necə Türkiyənin hər yerində İsrail əleyhinə konfranslar təşkil edir?”.
Nürəddin Şirinin İrana gedib-gəlməsinə də işarə edilən verilişdə, sanki MOSSADın onun hər addımını izləməsi gözlər önünə gəlir.
“Nürəddin Şirin İrana gedib-gəlir. O dini səbəblərə görəmi, yoxsa kiminlərləsə görüş üçün ora gedir? İran bu cür insanlarla Türkiyənin daxili işlərinə qarışmır ki?” deyən sionist TV aparıcısı hətta Ərdoğan hakimiyyətinə də toxunaraq, Türkiyə və İranın dövlət və xalq müstəvisində yaxınlaşmasını bir İslami partiyanın iqtidarda olması kimi göstərib.
Nürəddin Şirinin rəhbərlik etdiyi saytların da İsraili narahat etdiyi bu verilişdən aydın olur. Verilişdə qeyd edilir: “Velfecr” və “İsrahaber” necə Yaxın Şərq xəbərlərini əldə edir?, “KudusTV”-də eksklyuziv videolar hardan əldə edilir? Nürəddin Şirin Həmas və “Hizbullah”la əlaqələrimi var? Yoxsa bu videolar İran vasitəsilə əldə edilir?”.

Nürəddin Şirin isə bunları belə dəyərləndirir:

“Bunların bizi hədəfə almaqlarında üç məqsədləri var.
1.Bizi onların terrorçu qəbul etdiyi qüvvələrlə əlaqəli göstərmək və Türkiyənin təhlükəsizliyinə maneə kimi cizgimizi çəkmək.
Bu yollarla onlar 1997-ci il fevralın 28-də hərbi çevriliş həyata keçirdilər. Bunlar bizi bu yollarla həbs etdirmək istəyirlər.
2.MOSSAD agentlərinin əli ilə adam qaçırmaq və ya terror həyata keçirmək istəyə bilərlər.
3.Psixoloji olaraq bizə güc gəlmək və qorxutmaq”.
Nürəddin Şirin MOSSADın bu planlarının baş tutmayacağını bildirərək, deyib: ”Israil yolun sonuna gəldiyi üçün daha çox qan və terror etmək istəyir. Anacaq bütün planlarına baxmayaraq, İsrail yox olmasının qarşısını ala bilməyəcək. Yaxında bu rejim tarixin zibilliyinə atılacaq.
Bu müddətdə Rəbbimizlə olan əhdimiz və şəhidlərimiz qarşısında mənəvi borcumuza görə, qarşılaşacağımız hər aqibətə də hazırıq. Əgər bu can bu yolda çıxacaqsa, bu bizim üçün bir şərəfdir, bu bədən bu yolda ağrılar çəkəcəksə, bu bizim üçün bir iftixardır; bizlər kəfənimizi hər vaxt yanımızda daşıyırıq; əsas məsələ odur ki, bu yol, bu mübarizə son zəfərə qədər davam etdirilsin, “Qüds” bayrağı əldən ələ daşınsın.
Rəbbimiz!
Şəhid Əhməd Yasinlərin, Şəhid Fəthi Şikakilərin. Şəhid İmad Muğniyələrin yanında üzümüzü ağ edən mübarizədə bizi qərar ver!”.

В этом разделе