ABŞ-ın keçmiş prezidenti Bill Klinton İsrail hökumətini tənqid edib
Bu barədə Amerika mediası yazıb.
SalamNews "Reuters"ə istinadən xəbər verir ki, o, “Klintonun qlobal təşəbbüsü” forumuunda çıxışında deyib: “İsrailin Baş naziri Binyamin Netanyahu Fələstin ilə sülh danışıqlarının yenidən bərpa olunmasına mane olur. Netanyahu Fələstin ilə sülh danışıqlarının pozulmasının günahkarıdır”.
Xatırladaq ki, Klinton bir sıra məsələlərin həllinə dünyanın tanınmış siyasətçiləri, biznes nümayəndələri və fəalları cəlb edir. Bill Klinton tərəfindən təşkil olunan forum sentyabrın 22-də Nyu-Yorkda keçirilib.