Dünya bazarında neftin qiyməti yenidən kəskin düşüb
Lent.az-ın “Bloomberg” agentliyinə istinadən  verdiyi məlumata görə, qiymət Norveçdə neft-qaz sənayesi işçilərinin  tətilinin başa çatması və Çində neft idxalının azalması fonunda  ucuzlaşıb.
 
 Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 2,08 dollar ucuzlaşaraq  83,91 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft  2,35 dollar itirərək 97,97 dollar təşkil edib.














