Neft daşlarındakı məscidlə bağlı yeni xəbər

Bazar günü “Neft daşları”nda yeni tikilmiş və təzəcə istifadəyə verilmiş məscid bağlanıb.

Bu barədə Turana Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzindən (DEVAMM) bildiriblər. Məscidin bağlanma səbəbi barədə isə məlumat verilməyib.
Keçən gecə məscidin çılçırağı, istilik sistemi və kondisioneri sökülüb. İnanclı insanların məscidin bağlanması ilə maraqlanmalarına baxmayaraq, rəsmi nümayəndələr heç bir ətraflı məlumat verməyiblər.
“Neft daşları” Xəzər dənizində buruqlar üzərində yaşayış məskənidir. Burada demək olar ki, 60 ildir neft çıxarılır. Eyni zamanda, burada 3 mindən çox insan yaşayır və işləyir.

Dəyərlər.orgun məlumatına görə Neft Daşlarındakı məscidlə əlaqədar DEVAMM monitorinqini həyata keçirir. 
Yeni daxil olan məlumata əsasən artıq məscid ətrafında mühafizəçilər qoyulub və onlar heç kimi yaxına buraxmırlar. Eyni zamanda sökmə prosesi davam edir. Belə ki, məscidin pəncərələrini sökməklə yanaşı, artıq onun dəstəmazxanasını da sökməyə başlamışlar.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu hadisəni şərh edərkən bildirmişdir: "Hadisələr çox böyük sürətlər cərəyan edir. Əslində nə baş verməsini anlamaq olmur. Öncə inanclı insanların aylardı ibadət etdiyi Allah Evini dünən bağlayıb, içindəkiləri (istilik, çilçıraqı, soyutma sistemini) söküblər. Bu gün ərzində isə pəncərələri, ardınca dəstəmazxanasını sökmüşlər. Hal-hazırda isə artıq məscidi tam surətdə yerlə yeksan etmək əmrinin verilməsi tikinti icraçıları tərərfindən açıq-aşkar səsləndirilir.
Açığı, insanın inanmağı da gəlmir. Lakin son həftələtdə yaşanan məscilərlə bağlı olaylardan sonra hadisələrin istənilən istiqamətdə inkişafını gözləmək olar. Minarələrin sökülməsinə başlanma xəbərləri artıq gəlməkdədir. Çox biabırçı bir hadisədir. Anlamaq olmur ki, neçə ay öncə inşa edilmiş və rəsmi açılmış Allah Evini kim və niyə qəfildən sökdürür? Baş verənləri şərh etməyə heç bir söz tapmaq mümkün deyil. Uca Allaha bu şeytani işlərdən pənah aparırıq".
Diqqətinizə çatdıraq ki, artıq bir aydır ki, Azərbaycanda məscidlərin sökülməsi və bağlanması prosesinə başlanmışdır.(11 may)

Son xəbər Dəyərlərə son daxil olan məlumata görə Neft daşlarındakı məscidin sökülmə prosesi tam yekunlaşıb. Belə ki, yeganə sökülməmiş qalan minarənin sökülməsidə bitmişdir. 3 buldozerlə sökülə bilinməyən minarə 4-cü buldozerin cəlb olunması ilə yerə salındı. Orada yaşayan və çalışan inanclı insanlar DEVAMM-ə bildirmişlər ki, məscidin sökülməsi tamamilə başa çatmışdır və məscidin qalıqları təkrar tikintiyə yararlı olmadığı hala gətirildiyi üçün bütün hamısı dənizə tökülüb. Atıq məscidi xatırladan heç bir əsər əlamət yoxdur.

İslam-Azeri.az


В этом разделе