Nazarbayev yenidən Qazaxıstan prezidenti seçildi

Nursultan Nazarbayev

Əvvəldən məlum olduğu kimi Nursultan Nazarbayev növbəti müddətə prezident olacaq

Qazaxıstanın hazırki dövlət başçısı Nursultan Nazarbayev, ilkin məlumatlara görə, aprelin 3-də ölkədə keçirilən prezident seçkisində qalib gəlib. ANS PRESS-in Qazaxıstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Kuandık Turqankulov məlumat verib.

“Hazırki məqama qədər seçicilərin səsi növbəti formada paylaşıb – Cəmil Ahmetbekov 1,4 faiz, Melsa Eleusizova – 1,2 faiz, Qəni Qasımov – 1,9 faiz, Nursultan Nazarbayev isə– 95,5 faiz”, - deyə o bildirib.

Qeyd edək ki, namizədlərin seçimində qələbə üçün seçicilərin 50 faizdən çoxunun səsini toplamaq lazım idi.

В этом разделе