NATO təyyarələri Qəzzafinin daha 5 tankını vurdu

Liviyaya havadan hücum davam edir

Liviyada hərbi əməliyyatlar həyata keçirən NATO aviasiyası Muammar Qəzzafi rejiminə məxsus daha beş tankı məhv edib. Bu barədə NATO-nun yeni hesabatında deyilir, - “Utro” xəbər verir.

Üç tank Misrat şəhəri yaxınlığında vurulub. Daha iki tankın isə Acabiyya şəhərində bombalandığı bildirilir. Tanklardan başqa, NATO aviasiyası 16 silah anbarı, 1 RƏM sistemi və doqquz hərbi maşını partladıb.

В этом разделе