NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanının səlahiyyətləri artırılır

NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı, ABŞ generalı Stenli Makkristal alyansın qoşunlarının idarə olunması ilə bağlı daha geniş səlahiyyətlər əldə edəcək.

APA-nın INTERFAX-a istinadən verdiyi xəbərə görə, bundan sonra S.Makkristal ABŞ və digər ölkə hərbçilərinin Əfqanıstanda həyata keçirəcəyi bütün əməliyyatlara rəhbərlik edəcək.

BBC teleradio şirkətinin 121 minlik kontingentə rəhbərlik edəcək. Yaxın aylarda bu kontingentin sayı daha 30 min nəfərədək artacaq.

ABŞ rəsmilərinin sözlərinə görə, Makkristal qoşunlar üzərində “operativ və taktiki nəzarəti” həyata keçirəcək. Komandanın səlahiyyətlərinin artırılmasının məqsədi qoşunların idarə olunması sisteminin konsolidasiyası və modernləşdirilməsidir.

В этом разделе