Müsəlmanları əsəbləşdirən seçki kampaniyası

Minarədə azan verən din xadimlərini vuraraq bal toplayan oyunla əhalidən dəstək tələb olunur

Avstiryada meydana çıxan yeni kompüter oyunu müsəlmanları əsəbləşdirib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, “Məscid Baba” (Moschee Baba) adlı, minarədə azan verən din xadimlərini vuraraq bal toplayan oyun ölkədəki siyasi partiyalardan birinin seçk kampaniyasıdır.

Oyunun yekununda isə seçicilərdən dəstək tələb olunur: “Ştiriya əyaləti məscidlərlə və minarələrlə doldu. Bunun qarşısını almaq üçün sentyabrın 26-da FPO-ya (Freedom Party of Austria – Avstriya Azadlıq partiyası) səs verin.

Xatırladaq ki, FPO daha əvvəlki seçkilərdə “Vyana İstanbul olmasın!” şüarından istifadə etmişdi.

В этом разделе