Müsəlmanlar “Facebook”u cəzalandıracaqlar

Müsəlmanlar 10-13 aprel tarixlərdə ictimai şəbəkə saytı olan “Facebook”dakı hesablarını bağlayacaqlar. Buna səbəb isə “Facebook”da Allaha və Hz. Məhəmmədə (ƏS) hər cür söyüşü söyən səhifələrin sayt idarəçiləri tərəfindən ləğv olunmamasıdır.

Qeyd edək ki, Allahı və peyğəmbəri təhqir etmək məqsədilə yaradılan qrupun üzvləri həmin səhifədə ən çirkin söyüşləri və təhqirləri yazırlar.

Bundan narahat olan müsəlmanlar isə bu səhifəyə səsini çıxarmayan “Facebook”a etirazını bildirəcək. Bu məqsədlə yaradılan “10-13 Nisan arasında profilleri kapatıyoruz! Katıl Destek Ol!” adlı qrupun hazırda 45 mindən çox üzvü var. Qrupa dəstək verənlər 3 günlüyünə “Facebook” hesablarını bağlayacaqlar və sayt idarəsinə etirazlarını bildirəcəklər.

Qeyd edək ki, “Facebook” hesabını bağlamaq istəyənlərin girişdəki “Hesab tənzimləmələri” səhifəsinə daxil olaraq “Hesabını bağla” linkinə klik etmələri kifayətdir.

В этом разделе