Müsəlman xanım Belçikanın ilk hicablı deputatı ola bilər

Belçikanın Mərkəz Humanist Partiyasının (MHP) üzvü Mahinur Özdəmir keçirilən parlament seçkilərində öz namizədliyini irəli sürüb.

 M.Özdəmir Belçika parlamentinə seçiləcəyi təqdirdə Belçika tarixində ilk başörtülü deputat olacaq. Məsələ ilə bağlı mətbuat işçilərinə müsahibə verən Özdəmir namizədliyi ilə bağlı üzvü olduğu partiyanın sədri Koel Milkenin və Belçikada yaşayan müsəlmanların onun namizədliyini dəstəklədiklərini deyib. Gənc və başörtülü olmasına baxmayaraq, heç bir təzyiqlə üzləşmədiyini, əksinə, təşviq olunduğunu deyən Özdəmir üzvü olduğu partiyanın öz mədəniyyətinə və etiqadına ən yaxın partiya olduğunu da bildirib. Başörtülü namizəd iki ildir ki, partiyada fəaliyyət göstərdiyini deyərək, iyun ayının 7-də keçiriləcək seçkilərdə qələbə qazanacağına ümid etdiyini bildirib. /timeturk/ /AzeriMuslims/

В этом разделе