Müsəlman tələbələr Parisdə etiraz mitinqi keçirdilər

Fransada orta məktəblərdə hicabı qadağan edən qanunun 5 il keçməsi münasibətilə müsəlman tələbələr Parisdə etiraz mitinqi keçirmişlər.

Presstv internet portalının verdiyi xəbərə görə etiraz mitinqinin əksəriyyətini hicablı tələbələr təşkil etmişdir. Onlar “Dünyavilik və orta məktəblərdə dini simvollar haqqında Fransa qanunu”un irqi ayrı seçkilik salmasını qeyd edərək bildirmişlər ki, hər kəs geyim formasını seçməkdə azad olmalıdır.

Xatırladaq ki, 2004-cü ildə mart ayının 15 Fransanın milli qanunverici orqanı orta məktəblərdə dini simvolları qadağan edən ziddiyətli qanun çıxartdı və sonradan president Jak Şirak tərəfindən imzalandı. Sentyabr ayının 2-dən etibarən isə, yeni dərs ilinin başlandığı gün qanun qüvvəyə mindi. Qeyd edək ki, bir çoxları qeyd etmişlər ki, həmin qanun “dini bildirən əlamtləri geyinməyi icazə verən” məhkəmə qərarına zidd olaraq qəbul edilmişdir. Baxmayaraq ki, qanunda dini əlamətlər dedikdə geniş spektr nəzərdə tutlsa da, qanunun bir mənalı olaraq hicab əleyhinə qəbul edildiyi hamıya bəlli idi.

В этом разделе