Moskvanın mərkəzi məscidində 70 minlik bayram namazı qılınıb

Rusiyanın paytaxtında on minlərlə müsəlman məscidləri doldurub

"Timeturk"ün məlumatına görə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bayram namazı on minlərlə müsəlmanın iştirakı ilə qılınıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə Moskvada 2 milyon müsəlman yaşayır və bu müsəlmanların 70 mini mərkəzi məsciddə namaz qılıb. Qalan 3 məscidin hər birində isə 20 min nəfər namaza qoşulub. Məscidləri dolduran müsəlmanların əksəriyyəti küçələrdə namaz qılıb. Havanın yağışsız olması isə onların sevincinə səbəb olub. Ölkə ərazisində iş günü olmasına baxmayaraq insanlar böyük şövqlə məscidlərə axışıblar.

В этом разделе