Misirdə şiə alimi həbs edildi

İslam-Azeri.az internet qəzetinin Press TV-yə istinadlı xəbərinə görə Misirdə şiə alimi həbs edilib.

Verilən məlumata görə Şeyx Həsən Şhehata aeroptda polis tərəfindən həbs edilib.

Press TV müxbirinin məlumatına görə Şeyx Həsən 30 nəfər ilə birlikdə polis tərəfindən nəzarətə götürülüb.

Misir höküməti dəfələrlə onu həbs etmiş, uzun müddət onun ölkədəki məscidlərdə xütbə etməsini qadağan etmişdi.

Şeyx Həsənin Əhli Beyt təşkilatının üzvü olduğu önə çəkilir.

Dövlət əleyhinə çıxışları və sionist əleyhinə fəaliyyətinə görə o dəfələrlə hökümətin təzyiqlərinə məruz qalıb.


İslam-Azeri.az


В этом разделе