Misirdə 11nəfərin edam qərarı


Misir İsmailiyye şəhəri cəza məhkəməsi, qan iddiasından ötəri bir şəxsi öldürən, yoldaşı və iki uşağını yaralayan 11 adam üçün edam qərarı verdi.
   







Misirin İsmailiyye şəhəri cəza məhkəməsi, edam qərarının Misir Baş Müftisi Əli Cümə tərəfindən təsdiqlənməməsinə baxmayaraq, Ariş şəhərində bir şəxsi öldürmək, yoldaşı və uşağını yaralamaq günahından 11 adamın edamını qərarlaşdırdı.

Hadisə Şarm əl Şeyx - Deheb yolunda 2008-ci ildə meydana gəldi. Seyr halındakı xüsusi avtomobilə açılan atəş nəticəsində sürücü həyatını itirmiş yoldaşı və iki uşağı isə yaralanmışdı. Şübhəlilərdən yalnız Aid Ferid Saleh həbs olunaraq hakim qarşısına çıxarıla bildi. 

Digər 11 şübhəlinin axtarılmaqda olduğu, təhlükəsizlik güclərinin bütün səylərinə baxmayaraq hələ ələ keçiril
mədiklərini bildiriblər. Əl Mısri Əl Yəvm qəzeti hadisədən sonra iki ailə arasında ənənəvi qaydalara görə barış təmin edildiyini, diyet verildiyini yazdı.
Qərar sonrasında şikayətə gediləcəyi öyrənildi.

В этом разделе