Misir prezidenti dünyasını dəyişməyib

Barəsində "ölüm" xəbərləri yayılan Misir prezidenti Hüsnü Mübarək, əməliyyat edildiyi 6 Martdan bu yana ilk dəfə olaraq telekanalda görüntülənib.

İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, Misirin dövlət telekanalı, Mübarəkin xəstəxanada telefonla danışdığı videokadrlarını nümayiş etdirib.

Dövlət telekanalı, Almaniyada öd kisəsindən əməliyyat olunan 81 yaşlı Hüsnü Mübarəkin, müvəqqəti səlahiyyətlərini təhvil verdiyi Baş nazir Əhməd Nazif, bəzi nazirlər və məclis başçılarıyla görüşdüyünü də xəbər verib.

В этом разделе