Məşhədə gələn zəvvarlar il ərzində Ərəbistana gələn ziyarətçilərdən 10 dəfə çoxdur

İl ərzində 2 milyon zəvvar qəbul edən Ərəbistan kimi ölkə görüləcək tədbirlər üçün öz qüvvələrindən başqa digər ölkələrin də qüvvələrindən istifadə edir. Lakin təkcə Novruz bayramında Məşhəd şəhərində 10 milyon zəvvarın qəbulu üçün tədbirlər görülür

“Birlik”İnformasiya Agentliyinin şərq mənbələrinə istinadən verdiyi xəbərə əsasən “Məşhədə il ərzində 20 milyondan çox zəvvar daxil olur. Bu isə Ərəbistandan 10 dəfə çoxdur.” Bu sözləri mədəniyyət üzrə komissiyanın rəisinin naibi qeyd edib. Cəvad Arinmenş həmçinin bildirmişdir ki, əgər bu sayda zəvvar hər hansısa şəhərə daxil olsa xeyli çətinliklərlə üzləşməli olacaq. İl ərzində 2 milyon zəvvar qəbul edən Ərəbistan kimi ölkə görüləcək tədbirlər üçün öz qüvvələrindən başqa digər ölkələrin də qüvvələrindən istifadə edir. Lakin təkcə Novruz bayramında Məşhəd şəhərində 10 milyon zəvvarın qəbulu üçün tədbirlər görülür. Eyni zamanda müəyyən qədər problemlərin də olmasını vurğulayan sözçü buna baxmayaraq zəvvarların yüksək səviyyədə qəbul edildiklərini qeyd edib.

В этом разделе