Məscidlərdə casus ?

S.Yusifoğlu: “Mən bunu gülünc sayıram. Onların yaxşı xəbərləri var ki, kimlər hansı işlərlə məşğuldur”.


Amerikanın Federal Təhqiqatlar Bürosunun (FTB) məscidlərə casus göndərməsi barədə yayılan xəbər müsəlmanların etirazına səbəb olub.


"Dünya Bülteni" saytının verdiyi xəbərə görə ölkə televiziyalarının birində Amerikanın Federal təhqiqatlar bürosunun məscidlərə casus göndərməsi və məscidə gələn müsəlmanlara iş təklif etməsi xəbəri yer alıb.


Əl-Ərəbiyə telekanalının bildirdiyinə görə Amerikanın Müsəlman insan haqları təşkilatları bəyanatla çıxış edib. Onlar bəyanatda bildiriblər ki: "Amerikanın müsəlmanları sıxışdırması münasibətləri korlaya bilər. Federal təhqiqatlar bürosunun hərəkəti azad toplumlar üçün zərərlidir və azad topluma xələl gətirir".


Kaliforniyadakı müsəlman təşkilat CAIR-in direktoru Hüsam Aylouş baş vermiş hadisədən təəssüf hiss keçirərək: "Namaz qılan insanları izləyirlər, bu da insanların məscidə gəlməsinin qismən də olsa qarşısını alır" - deyib.


Olayı “Dəyərlər”ə şərh edən "Gəncliyin Elmi-Mədəni İnkişafı" təşkilatının sədri Sərdar Yusifoğlu bildirib ki, o, FTB-nin məscidlərə casuslar göndərməsini normal hal kimi qiymətləndirib. S.Yusifoğluna görə hər bir dövlətin öz daxili siyasəti və müəyyən nəzarəti var. Sərdar bəy daha sonra bildirmişdir: “Amma yox əgər bu məsələlər o həddə çatıb ki, müsəlmanların heysiyyatına toxunmaq kimi niyyətlər güdülür, - təbii ki, bu normal deyil. İnanmıram ki, FTB belə naşılıq etsin. Yəni, o dərəcəyə çatsa ki, məlumat əldə etmək üçün hansısa işlər təklif etsin və s. Mən bunu gülünc sayıram. Nə iş təklif olunacaq və necə? Çünki hamının xəbəri var ki, kimlər hansı işlərlə məşğuldur. Təbii ki, ABŞ qanunları çərçivəsində fəaliyyət göstərən istənilən şəxsin fəaliyyəti dayandırıla bilməz. Ona görə də mən burada elə bir ciddi problem görmürəm”. ("Dəyərlər" AİN)

 

В этом разделе