Məsciddən birlik mesajı

Norveçdə bombalı hücum və Utoya adasındakı qırğının 76 qurbanını anma mərasimi paytaxt Oslodakı Birinci Mərkəz Məscidində də  təşkil edildi.

313news.net saytının Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə Dünya İslami Missiyasının əvvəlki gün təşkil etdiyi dua və anma mərasiminə, Norveç Vəliəhdi  Haakon, Xarici işlər Naziri Jonas Gahr Store, Uşaq və Ailə məsələləri üzrə Nazir Audun Lysbakken, Oslo Bələdiyyə Başçısı Fabian Stang, Keşiş Ola Kristian Kvarme və Sağ Partiya Spikeri Fabian Stang qatılaraq birlik və bərabərlik mesajı verdilər. Türklərin də qatıldığı mərasimdə camaatla ölənləri anan Vəliəhd Haakon, hadisənin ilk günü Müsəlmanlardan şübhələnilməsindən böyük kədər hissi keçirdiyini söylədi. 

Oslo Bələdiyyə Başçısı Fabian Stang isə "Mən, hücumu təşkil edən Anders Behring Breivik kimi sarışınam. Ona oxşayıram, amma siz məni terrorist olaraq damğalamadınız. Mən sizi əmin edirəm ki, müsəlmanların adları keçəcək hadisələrdə mən də bütün müsəlmanların zənn altında buraxılmasına icazə verməyəcəyəm" dedi. 

Xarici işlər Naziri Store, "Öz məbədimdə deyiləm, amma özümü evimdə hiss edirəm. Bu gün hansı milliyyətdən, coğrafiyadan, din və inancdan olursa olsun insanlar hadisələrə cavab axtarmaq üçün deyil, daha güclü olmaq üçün bir araya gəldilər. Norveç olaraq nifrətə, bir araya gələrək sevgi ilə cavab verdik. Bir adam bu qədər nifrət ortaya çıxara bilirsə birlikdə nə qədər böyük bir sevgi göstərə biləcəyimizi təsəvvür edin" deyə danışdı. Qırğının bütün Norveçliləri yaxınlaşdırdığını söyləyən Pakistanlı imam Nacip ur Rəhman Naz isə "Hər kəs anladı ki, terror və bənzəri hadisələr, hər hansı bir dinlə əlaqələndirilməməlidi. Bu faciəvi hadisədə 76 adam həyatını itirdi. Hamısı da gələcəyə ümidlə baxan gənclər idi. Bundan belə daha da güclü olmamız lazımdır" dedi.

В этом разделе