Məscid tikilməsinə qarşı çıxanlara etiraz üçün icazə verilmədi

Almaniyanın Köln şəhərində məscid inşa edilməsinə qarşı çıxan "Pro Köln" qrupunun etiraz aksiyası keçirilməsinə icazə verilmədi.

"Haber7" saytı xəbər verir. Xəbərə görə qrup məscid tikilən əraziyə yürüş etmək istəyirmişlər. Ancaq Köln idarə məhkəməsi icazə verməyib.

Bundan sonra qrup Münster Ali məhkəməsinə müraciət edib.

Köln şəhərinin baş polis idarəsinin rəisi Klaus Staffhagen mətbuat toplantısı zamanı bildirib ki, "Biz "Pro Köln" qrupuna məscidin tikintisinə etiraz etməsi üçün icazə verə bilmərik. Bizdə olan məlumata görə, əgər bu qrup aksiya keçirsə, bəzi qruplar da bu aksiyaya qarşı etiraz aksiyası keçirəcək. Biz şəhərin təhlükəsizliyini qorumalıyıq. Ona görə də həmin bölgəni 5 min polisi işçisi qoruyacaq. ("Dəyərlər" AİN)


В этом разделе