Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturaları yenidən dərc edildi

İsveçdə nəşr edilən 3 qəzet bugünki nömrələrində Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını yenidən yayımlayıb.

Ötən gün Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkən isveçli rəssamı öldürməyi planlaşdıran 7 nəfərin saxlanmasından sonra, “Dagens Nyheter”, “Expressen” və “Sydsvenska Dagbladet” qəzetləri karikaturaları yenidən nəşr edib.

“Sydsvenska Dagbladet” karikaturanı dünənki xəbər çərcivəsində, “Expressen” qəzetinin rəhbərliyi isə fikir azadlığını dəstəkləmək məqsədilə dərc edib.

Xatırladaq ki, İrlandiya polisi dünən isveçli karikatura ustası Lars Vilksi öldürməyi planlaşdıran 4 kişi, 3 müsəlman qadını yaxalamışdı.

Qeyd edək ki, Məhəmməd Peyğəmbərlə bağlı (s.ə.s.) karikatura 2007-ci ilin avqustunda “Nerikes Allehanda” qəzetində dərc olunub. Həmin hadisədən sonra İsveçdə və digər ölkələrdə yaşayan müsəlmanlar etiraz aksiyaları keçirib. İran və Pakistan isə bununla bağlı rəsmi bəyanatla çıxış edib.

Əl-Qaidə terror təşkilatı Vilksin öldürülməsi üçün 100 min dollar, “Nerikes Allehanda” qəzetinin baş redaktoru Ulf Johanssonun öldürülməsi üçün isə 50 min dollar pul mükafatı təyin edib.

ANS

В этом разделе