Londonda "İslam Peyğəmbərinə Hörmət" İclası Keçirildi

"İslam Peyğəmbərinə Hörmət" İclası, Anadolu Gənclik Vəqfinin Səyləriylə Dünən İngiltərənin Paytaxtı Londonda "Friends House" Mədəniyyət Mərkəzində Təşkil edildi. 

İran Quran Xəbər Agentliyinin Zaman qəzetindən köçürdüyü xəbərə görə, Londonda yaşayan Müsəlman Türklərin yanında Türkiyəli üləma və yazıçılarında qatıldığı bu iclasın açılışında toplu olaraq Quran tilavət edildi. 

Yığıncağın irəliləyən saatlarında "iki dünya sultanı" kitabının yazıçısı "Raşit Hayalmaz" peyğəmbərimizin həyatı haqqındakı danışmasında bunları söylədi: İslam peyğəmbəri sallallahu əleyhi və alih ilahi bir şəkildə etdiyi işlərlə İslam dinini dünyaya çox gözəl tanıtmış və onunla birlikdə yaşayanları öz gözəl əxlaqının təsirində buraxaraq Allaha yönəltmişdi. 

Sözlərinin davamında bunları söylədi: Hz. Məhəmməd sallallahu əleyhi və alih hətta onunla döyüşə gələnlərə belə şirkdən əl çəkib Allaha iman etmələri üçün dua edərdi. O heç bir zaman nifrət qapısından istifadə etməmiş və heç kimə pis davranmamışdır. 

İclasın sonunda peyğəmbər əfəndimiz və səhabələrini tərifləyici şeirlər oxunaraq, müxtəlif mədəni proqramlar icra edildi.

313NEWS.NET

В этом разделе