Krımda İslam Mərkəzi tikilir

Krımın paytaxtı Akmescitdə yeni bir "İslam Mərkəzi" tikilir.
Ukrayna sərhədləri içindəki Mrüslüman Krım Tatarları dini camaat strukturlarını davam etdirmək məqsədiylə Akmescitdə İslam Mərkəzi tikir

Krım Xəbər Agentliyinin (QHA) bildirdiyinə görə, Akmescit (Simferopol) bölgəsi Sofiyevka kəndində tikiləcək mərkəzin təməli mərasimlə atıldı. 

Mərasimə Krım Müftisi Emirali Ablayev ilə Dünya Krım Tatar Konqresi Başçısı və Krım Tatar Milli Məclisi Başçı Vəkili Refat Çubarov da qatıldı. 

Təməl atma mərasimi əsnasında danışan Sofiyevka Müsəlman Cəmiyyəti Başçısı Server Asanov, inşaata başlaya bilmək üçün bir neçə il gözlədiklərini söylədi. 

Akmescit Qubernatorluğunun 3 il müxtəlif bəhanələrlə mərkəzin inşaatı üçün torpaq ayırmadığını ifadə edən Asanov, ancaq keçən ilin sonunda 0,9 hektarlık torpaq ayrıldığını və daha sonra hədiyyə kampaniyası başladıldığını qeyd etdi. 

Uzun müddət sponsor axtarışları ardından, çöldən kömək gözləmədən öz imkanlarıyla inşaata başlama qərarı aldıqlarını ifadə edən Asanov, Krım Tatar camaatının hədiyyə cəhdini müsbət qarşılayaraq, aktiv şəkildə hədiyyə etməyə başladığını ifadə etdi. 

Mərasimdə iştirak edən Krım Müftisi Hacı Emirali Ablayev, müftiliyin mərkəzin inşaatında dəstək verəcək sponsor axtarışlarında köməkçi olma sözünü verdi. 
Sofiyevka Müsəlman Cəmiyyətinin digər cəmiyyətlərə nümunə olması lazım olduğunu ifadə edən Krım Tatar Milli Məclisi Başçı Vəkili Refat Çubarov da kömək sözünü verdi


В этом разделе