Şimali Koreya Əmək partiyası Mərkəzi Komitəsinin Siyasi bürosu rəsmi surətdə Kim Çen Inı ölkənin silahlı qüvvələrinin ali baş komandanı təyin edib
Koreya Mərkəzi teleqraf  agentliyinin bildirdiyinə görə, Kim Çen In «mərhum atası Kim Çen İrin  arzusuna uyğun olaraq Koreya xalq ordusuna ali rəhbərliyi öz üzərinə  götürüb»- APA xəbər verir.
 
 KXDR lideri Kim Çen İr dekabrın 17-də 69 yaşında vəfat edib. Onun  ölümündən sonra ölkədə hakimiyyət 27 yaşlı oğlu Kim Çen Ina keçib.














